
RegionTV.info xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Belə ki, yerli vaxtla saat 01:14 və 01:17-də Dmanisi rayonunun Sameba kəndi ərazisində zəlzələ qeydə alınıb.
Birinci qeydə alınan zəlzələnin maqnitudası 3,2, dərinliyi 9 km, ikinci zəlzələnin isə maqnitudası 3,1, dərinliyi 11 km olub.
Qeyd edək ki, avqustun 6-da da Dmanisi rayonunun Sameba kəndində iki zəlzələ qeydə alınmışdı.
Gürcüstan seysmik cəhətdən aktiv ölkədir. Gürcüstanda ən güclü zələlə 1991 -ci ildə Raça və İmereti (Qərbi Gürcüstan) bölgələrində baş verib, zəlzələnin maqnitudası 7,0 olub. Zəlzələ ocağında intensivlik 9 bal olub. Bu zəlzələ təxminən 200 adamın ölümünə, 46 000 evin və 1 000 sənaye obyektinin dağılmasına səbəb olub.