Afrikada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 7 054 430-a çatıb.
RegionTV.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının regional ofisi məlumat yayıb.
Qeyd olunub ki, COVID-19 səbəbiylə qitədə 178 243 nəfər ölüb, 6,1 milyondan çox insan müalicə alaraq sağalıb.
Afrikada ən çox yoluxma və ölüm halları Cənubi Afrikada qeydə alınıb. Ölkədə virusa yoluxan 2 540 222 nəfərin 75 012-si vəfat edib. Tunisdə isə koronavirus testinin cavabı müsbət çıxan 613 628 nəfərdən 21 089-u ölüb.
Xəbəri paylaş