“Bildiyiniz kimi günlərdir ölkə tariximizdə ən böyük yanğınlardan biri ilə qarşı-qarşıya qalmışıq. Bu çətin günlərimizdə qardaş Azərbaycanı yanımızda görmək bizə çox böyük motivasiya verdi”.
RegionTV.info xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və Texnalogiya naziri Adil Karaismailoğlu Muğlada “Böhran mərkəzi”ndə keçirilən iclasdan sonra azərbaycanlı jurnalistlərə verdiyi açıqlamasında deyib.
Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Muğlada “Böhran mərkəzi”ndə xüsusi iclas keçirilib. İclasda Türkiyədə baş verən yanğınlarla bağlı məsələlər müzakirə olunub.
Xəbəri paylaş