“Bakı Metropoliteni” QSC-nin “Bilgəh” istirahət mərkəzində yerləşən kotteclərdən birinin otağında alışma baş verib.
RegionTV.info xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Vaxtında görülmüş tədbirlər nəticəsində hadisənin yanğına çevrilməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.
Məsələ ilə bağlı aidiyyatı üzrə araşdırma aparılır.
Xəbəri paylaş