"Son 20-30 ildə havanın temperaturu 1,4 dərəcə artıb”.
RegionTV.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
Onun sözlərinə görə, yay aylarında havanın gündəlik temperaturu ilə bağlı proqnoz verdikdə görürük ki, bəzi günlərdə havanın temperaturu orta aylıq göstərici ilə müqayisədə 4-5 dərəcə çox olub:
"Bu artıq maksimal qiymətlərin kəskin olduğunu göstərir. Əvvəllər Bakıda havanın 38-39 dərəcə olduğunu kəskin olaraq göstərirdiksə, indiki dövrdə bəzi günlərdə temperaturun 43-44 dərəcə olduğu müşahidə edilir.
Əgər müəyyən addımlar atılmasa, 30-40 ildən sonra havanın temperaturu 48-50 dərəcə ola bilər”.
O qeyd edib ki, iqlim dəyişmələrinə səbəb olan sənayə az karbonlu texnologiya tədbiq etməlidir.
Xəbəri paylaş