Bakıda cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
RegionTV.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əbülfət Böyükağa oğlu Həsənova vətəndaş Elnur Aydın oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan çay qutusunun içərisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,189 qram olan narkotik maddə - tiryək aşkar edilib.
Xəbəri paylaş