Türkiyənin müdafiə naziri Hulusi Akar Pakistana səfər edib.
RegionTV.info xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyinin saytı yayıb.
Bildirilib ki, Hulusi Akar Pakistanın müdafiə naziri Pərviz Xattak, müdafiə və istehsal naziri Zobaida Calal, Quru Qoşunları komandanı Qamar Caved Bajava ilə görüşəcək.
Məlumata görə, görüşlərdə iki ölkə arasında hərbi, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bununla yanaşı, Hulusi Akarın Pakistan rəsmiləri ilə Əfqanıstandakı son hadisələrlə bağlı fikir mübadiləsi aparacağı da gözlənilir.
Xəbəri paylaş