Gürcüstanın Marneuli rayonunun Candar kəndində yeni azərbaycandilli məktəbin tikintisi başa çatıb.
RegionTV.info xəbər verir ki, ölkənin Baş naziri İrakli Qaribaşvili təhsil və elm naziri Mixeil Çxenkeli, parlament sədri Kaxa Kuçava, regional inkişaf və infrastruktur naziri İrakli Kerseladze ilə birgə təhsil müəssisəsinə baş çəkib.
300 şagird üçün nəzərdə tutulan ictimai məktəb dövlət büdcəsi hesabına inşa olunub. Layihənin ümumi dəyəri 3 milyon 882 min lari təşkil edib.
Müasir standartlara cavab verən təhsil ocağında açıq və qapalı meydançalar, kitabxana, laboratoriyalar və siniflər yaradılıb. Məktəb yeni dərs ilindən etibarən şagirdləri qəbul etməyə hazırdır.
Xəbəri paylaş