RegionTV.info xəbər verir ki, bunu universitetin prorektoru Fariz İsmayılzadə "Facebook"da bildirib.
“Bu gün Ümid bizə qonaq gəldi və kampusu gəzdi”, - o yazıb.
Qeyd etmək lazımdır ki, Ümid bu il məktəbi bitirib və qəbul imtahanında yüksək bal toplayıb. O, ali təhsil üçün ADA Universitetini seçib.
Hələ 2014-cü il oktyabrın 18-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncədə səfərdə olarkən şəhərin gənc sakini Ümid Həbibov onlara yaxınlaşmış və Prezidentlə xanımından onun doğum günündə iştirak etmələrini xahiş etmişdi.
İlham Əliyev və Mehriban Əliyeva onun bu xahişini yerinə yetirəcəklərinə söz vermişdilər. 2015-ci il martın 19-da Ümid doğum günü münasibətilə Prezident Sarayına çay süfrəsinə dəvət edilmişdi.
QALEREYA