Son günlər xəstəxanalarda oksigen balonlarının çatışmazlığı ilə bağlı problemlərin olduğu barədə məlumatlar yayılır.
RegionTV.info xəbər verir ki, bu problem nəticəsində koronavirusa (COVID-19) yoluxan xəstələrinin vəziyyəti ağırlaşır.
Məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış "oxu.az"a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Hazırda koronavirus və qeyri-COVID tibb müəssisələrində oksigen balonları ilə bağlı heç bir problem yaşanmır”.
Xəbəri paylaş