Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran və Fransa prezidentləri nüvə sazişinə qayıdışı müzakirə ediblər

İran İslam Respublikasının yeni seçilmiş prezidenti İbrahim Raisi və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

RegionTV.info  xəbər verir ki, bu barədə İran prezidenti administrasiyasının mətbuat xidməti bildirib.

Qeyd edilir ki, dövlət başçıları Tehranın nüvə proqramı üzrə danışıqların yenilənməsi məsələsini müzakirə ediblər.

Raisi bildirib ki, ABŞ-ın İran əleyhinə sanksiyalar tətbiq etməsi bu ölkənin nüvə sazişi çərçivəsində öhdəliklərini kobud şəkildə pozub. "Və ABŞ, Avropa Birliyi ölkələri nüvə sazişi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir. Bütün danışıqlarda İranın maraqları təmin edilməlidir”, - İran liderinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, Fransa prezidenti də öz növbəsində rəsmi Parisin İranla nüvə razılaşması üzrə danışıqların ən sürətli yeniləməsinə cəhd göstərdiyini qeyd edib.

Bir saat davam etmiş danışıqlar zamanı həmçinin ikitərəfli münasibətlərin vəziyyəti və Livandakı situasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də