
RegionTV.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi Favad Amanın bəyanatında deyilir.
"Bu axşam müdafiə, təhlükəsizlik və ictimai müqavimət qüvvələri “taliblər”in Baglan əyalətinin mərkəzi Puli-Xumri şəhərinə hücumunu dəf etdi. Cavab əməliyyatı nəticəsində təxminən 100 döyüşçü məhv edilib və yaralanıb", - xəbərdə deyilir.
Daha əvvəl xəbər verilib ki, “taliblər” Baglan əyalətin paytaxtına atəş açıblar. Qeyd edilirdi ki, əyalətin inzibati mərkəzi Puli-Xumri şəhərində silahlılarla hökumət qüvvələri arasında döyüşlər başlayıb.