Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Portuqaliyada peyvənd əleyhdarı olan ailə üzvləri ölüb

İngiltərənin Kardiff əyalətinin sakini Frensis Qonsalveş COVID-19 əleyhnə peyvənd olunmaqdan imtina edən anasını, atasını və qardaşını itirib. Həmin şəxslər koronavirusdan ölüblər.

RegionTV.info  xəbər verir ki, bu barədə “Daily Mail” bildirib.

Frensisin atasının 73, anasının 65, qardaşının 40 yaşı varmış. Onların hamısı Portuqaliyada yaşayıblar. Qohumlar peyvənd edilmək istəməyiblər, buna görə də vaksinləmənin əleyhdarının yaydığı yalan məlumatın qurbanı olublar.

"Onlar (ailənin üzvləri-red) ətraflarında aparılan vaksinləməyə qarşı təbliğatın təsiri altına düşdülər. Bu, qorxan insanlara qarşı hesablanıb və onlar tələyə düşürlər", - Qonsalveş deyib.

O, əlavə edib ki, hakimiyyətin guya insanlara zərər vermək üçün vaksinləmə üzrə kampaniya təşkil etməsinə inanan insanları anlamır.

Frensis qeyd edib ki, anasının əvvəl də sağlamlığında ciddi problemlər olub, atası bu yaxınlarda böyrək daşına görə xəstəxanada yatıb. Frensis Qonsalveş ən çox qardaşının ölümündən şoka düşüb. Çünki o, ailənin ən sağlam üzvü imiş.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də