Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstanda açıq havada maska taxmaq yenidən məcburi olacaq

Sabahdan, avqustun 10-dan etibarən Gürcüstanda 5 nəfərdən çox adamın toplaşaçağı açıq havada qoruyucu maskadan taxmaq məcburi olacaq.

RegionTV.info  xəbər verir ki, bununla bağlı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərarın səbəbi ölkədə son zamanlar epidemioloji vəziyyətin kəskinləşməsidir.

Xatırladaq ki, qonşu ölkədə açıq havada maskadan istifadə tələbi iyunun 22-dən ləğv olunub. Qapalı məkanda fərdi qoruyucu vasitədən istifadə qaydası isə qüvvədədir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də