Sumqayıtda şəhər ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlanıb.
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 7500 manat pul, qızıl-zinət əşyaları və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən N.Məmmədov saxlanılıb.
Xəbəri paylaş