Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dərbənd-Abşeron elektrik xəttinin tikintisinə hazırlıq gedir

Azərbaycan və Rusiya Yaşma-Dərbənd elektrik xəttinə paralel olaraq yeni 330 kilovoltluq Dərbənd-Abşeron elektrik xəttinin tikintisinə hazırlıq görür.

RegionTV.info  xəbər verir ki, bu məqsədlə bu gün açılışı olmuş "Abşeron" yarımstansiyasında genişləndirmə işləri aparılıb.

Xatırladaq ki, sözügedən yarımstansiya Azərbaycanın 4 ən böyük istilik elektrik yarımstansiyası - “Azərbaycan” İstilik Elektrik Stansiyası, “Sumqayıt”, “Şimal” və “Cənub” Elektrik Stansiyaları, həmçinin Mingəçevir Su Elektrik Stansiyası, “Səngəçal”, “Qobu” elektrik stansiyaları, “Xaçmaz” modul tipli elektrik stansiyası ilə əlaqələndirilib. Bu yarımstansiya bu qədər böyük generasiya mənbələri ilə əlaqələndirilən yeganə qovşaq yarımstansiyasıdır.

Yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir standartlara cavab verən innovativ həllərin tətbiqinə nail olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də