Sabahdan 179 nömrəli marşrut xətti (Pirşağı qəsəbəsi - Azadlıq pr. m/st) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
RegionTV.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumatda deyilir : “Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb”.
Post terminallar aşağıdakı ünvanlarda quraşdırılıb;
A.Hüseynov küç.Rəsulzadə qəs.(Binəqədi rayonu)
28 May küç 269A, Mehdiabad qəs. (Abşeron rayonu)
Azadlıq pr.104 (Binəqədi rayonu)
2-ci Mədən (Binəqədi rayonu)
Cəfər Cabbarlı küç 5, Mehdiabad qəs. (Abşeron rayonu)
Pirşağı qəs. Qızılqum (Sabunçu rayonu)
Əjdər Məlikov küç, Pirşağı qəs. (Sabunçu rayonu)
Əjdər Məlikovküç , Pirşağı qəs. (Sabunçu rayonu)
Sovxoz 2,Cəfərəliyev küç.Pirşağı qəs. (Sabunçu rayonu)
Xəbəri paylaş