Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əfqanıstanda 579 talib zərərsizləşdirilib, Kunduz şəhəri qruplaşmadan azad edilib

Əfqanıstan hərbçiləri ilə “Taliban” arasında son sutkada baş verən silahlı toqquşma nəticəsində qruplaşmanın 579 üzvü ölüb, 161-i yaralanıb.

RegionTV.info  xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman bildirib.

Onun sözlərinə görə, “Taliban” Qəndəhar, Herat, Paktiya, Host, Loqar, Nanqarhar, Causcan, Samanqan, Gilmend, Takar, Kunduzda son sutkada gedən döyüşlər nəticəsində 579 itki verib.

F.Aman bildirib ki, ABŞ-ın “B-52” hərbi təyyarələrinin Cauzcan əyalətinin Şiberqan şəhərini bombalaması nəticəsində 200-dən çox qruplaşma üzvü ölüb, onların 100-dən artıq hərbi texnikası, çoxlu sayda silah-sursatı məhv edilib.

“Taliban” qruplaşmasının nümayəndəsi Zabiullah Mücahidin sözlərinə görə, qruplaşma Tahar əyalətinin mərkəzi Talokan və Kunduz əyalətinin Sar-e-Pol şəhərlərini ələ keçiriblər.

Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Mirvais Sanekzayın sözlərinə görə, Kunduz şəhəri və bir çox başqa rayonlar “Taliban” qruplaşmasından təmizlənib. O bildrib ki, Əfqanıstan Silahlı Qüvvələri irəliləyir.

Qeyd edək ki, Əfqanıstanın şimalında Kunduz şəhəri və eyniadlı əyaləti faydalı qazıntılarla zəngindir. O, strateji əhəmiyyət kəsb edir. Kunduzdan keçən avtomobil yolu bir sıra vacib şəhərlərlə yanaşı, Kabili də birləşdirir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də