Cəlilabad rayonunda yaşayış evi yanıb.
RegionTV.info-nun məlumatına görə, hadisə Pərdi kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Oktay Rufullayevə məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib.
Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə bölməsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanıb.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş