Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birgə əməliyyat keçirib.
RegionTV.info xəbər verir ki, Penitensiar xidmətdən verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Şahin Mirsahib oğlu Ağayevin yaşadığı Lənkəran rayonu Göyşaban kəndindəki fərdi yaşayış evində saxladığı 55,106 qram narkotik vasitə “Heroin” və 19,134 qram psixotrop maddə “Metamfetamin” aşkar edilərək götürülüb.
Xəbəri paylaş