Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundanverilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri Süleyman Süleymanov, Rəşad Məmmədov, Əli Rüstəmov, Zülfüqar Zeynalov və Məhəmməd Babayev olduqları müəyyən edilib.
Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Xəbəri paylaş