
RegionTV.info xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Geo News” telekanalı bildirib. Qeyd edilir ki, yol-nəqliyyat hadisəsi zamanı qaz balonu partlayıb.
Polisin məlumatına görə, hadisə Qucranvala şəhərində olub. Kiçik yük maşını sərnişinlərin olduğu furqonla toqquşub, bundan sonra sərnişinlərin olduğu avtomobilin arxa hissəsindəki qaz balonu partlayıb.
Yerli polis bildirib ki, xəstəxanaya yeddi yaralı çatdırılıb, onlardan biri sonra ölüb. Yerli xəstəxananın əməkdaşlarının məlumatına görə, zərərçəkənlərin vəziyyəti ağırdır.