
RegionTV.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, zərərçəkənlərdən 12-i sərnişinlərdir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisi ağır vəziyyətdədir. Hadisə zamanı həmçinin avtobusun sürücüsü də xəsarət alıb, lakin o, xəstəxanaya yerləşdirilmədən imtina edib.
Qəza zamanı avtobusda ümumilikdə 22 nəfər olub. Onlardan 2-si sürücülərdir.
Qeyd edilir ki, qəzaya uğrayan Belqorod-Saratov marşrutu üzrə hərəkət edən avtobusdur. Məlumata görə, nəqliyyat vasitəsi hərəkətdə olarkən aşıb. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.