
RegionTV.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:48-də Qala stansiyasından 31 km cənub-qərbdə, Xəzərdə qeydə alınıb. Yeraltı təkanlar 3,6 maqnitudada baş verib. Zəlzələ ocağı 63 kilometr dərinlikdə yerləşib.