ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) Saut-Sayd rayonunda atışma nəticəsində polis əməkdaşı ölüb.
RegionTV.info xəbər verir ki, bu barədə Chicago Tribune qəzeti hüquq-mühafizə orqanlarına istinadən bildirib.
Məlumata əsasən, daha bir polis əməkdaşının vəziyyəti kritikdir.
Hadisə yerli vaxtla saat 21:30-da 63-cü küçə yaxınlığında baş verib.
Şübhəli şəxs də yaralanaraq xəstəxanaya yerləşdirilib. Polis nümayəndəsi iki nəfərin saxlanıldığını bildirib.
Xəbəri paylaş