RegionTV.info
Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1,5 ha sahədə quru ot və kol-kos yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürmə işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğın söndürülüb.
Xəbəri paylaş