RegionTV.info
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Paşabəyli kənd sakini Məhərrəm Heybətov saxlanılıb.
Onun yaşadığı fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 28 ədəd çətənə kolu və təmiz çəkisi 1 kiloqram 655 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdam RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Xəbəri paylaş