Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

500-2500 manatlıq avtomobil nömrələrinin “qara bazar”da qiyməti

Xəbər verdiyimiz kimi, avtomobil qeydiyyat nişanlarının satışı ilə bağlı qanunsuzluq ciddi narazılıq doğurur. Sosial şəbəkələrdə nömrələrin qanundan kənar, müəyyən məbləğ qarşılığında satılması geniş müzakirə edilir. Əsasən, qiyməti baha olan xüsusi nömrələrin satışı ilə bağlı belə hallar çoxdur. 
Bəs xüsusi nömrələrin satışı necə həyata keçirilməlidir? Bu prosesdə şəffaflığı qorumaq üçün hansı addımlar atılmalıdır? Qanun bu məsələdə necə tənzimlənməlidir və ona niyə əməl edilmir?
Məsələ ilə bağlı RegionTV.info-ya açıqlama verən hüquqşünas Zaur Quliyev sözügedən nömrələrin satışı ilə bağlı qanunsuz halların olduğunu bildirib:
“Nömrələrin satılması ilə bağlı konkret rüsumlar var və satış qiyməti bu rüsumlara əsasən müəyyən edilir. İndiki halda ərizə yazmaqla nömrəni sifariş etmək və rüsumu ödəməklə mövcud nömrəni almaq olar. Rüsumlar isə avtomobil qeydiyyat nişanındakı müəyyən rəqəmlərə və rəqəmlərin kombinasiyasına görə dəyişilir. Rəqəmlər eyni olsa, yaxud nömrədəki hərflər eyni olacağı halda rüsum artır. Rüsumlar 500-2500 manat arasında dəyişir. Amma “qara bazar”da 90 min manata satılan nömrələr də var. Bu, qanunla qadağandır, amma bunun qarşısını almaq üçün icra mexanizmi yoxdur”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də