Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bərdə rayonunun Türkmən kənd sakini Sədaqət Novruzovanın idarə etdiyi "Hyundai Santa Fe" markalı minik avtomobili idarəetməni itirərək aşıb.
Nəticədə avtomobilin içərisində olan sərnişinlər - 1966-ci il təvəllüdlü Əsədova Cəmilə Hüseyn qızı, 1984-cü il təvəllüdlü Həsənova Qətibə Məhəbbət qızı və 2016-cı il təvəllüdlü Həsənzadə Tunar Rafayıl oğlu xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş