Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 289 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.
RegionTV.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 350 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 667 nəfər müalicə olunaraq sağalıb, 5 056 nəfər vəfat edib. 10 882 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 625, bu günə qədər isə ümumilikdə 4 107 190 test icra olunub.
Xəbəri paylaş