
RegionTV.info xəbər verir ki, bu barədə ABŞ səfirliyi açıqlama yayıb.
Bildirilib ki, Əfqanıstanda, hətta Kabildəki diplomatik nümayəndəliklərdə çalışanların bir hissəsi ixtisar edildiyindən səfirliyin ABŞ vətəndaşlarına yardım etmək imkanları da məhduddur: “Bu kimi səbəblərdən vətəndaşlarımızı Əfqanıstan ərazisini dərhal tərk etməyə çağırırıq”.
Səfirlik ABŞ kommersiya reysi üçün bilet ala bilməyən vətəndaşlarına borc verməyə hazır olduğunu da vurğulayıb.