Ermənistanın İstintaq Komitəsinin ölkə paytaxtının Açapnyak və Davtaşen dairələri üzrə İstintaq İdarəsində Hindistan Milli Azadlıq Hərəkatının lideri Mahatma Qandinin Yerevandakı heykəlinin yandırılması fakt üzrə cinayət işinin ilkin araşdırması başa çatıb.
RegionTV.info xəbər verir ki, İstintaq komitəsinin mətbuat xidməti məhkəmədən əvvəlki araşdırmanın gedişatında hadisənin başvermə şəraiti ilə bağlı bir sıra əhəmiyyətli faktların aydınlaşdırılması, həmçinin, cinayətkarın Yerevanın 61 yaşlı kişi sakini olması barədə məlumat yayıb.
Məlum olub ki, həmin şəxs aprelin 24-də "Ermənistan" Tibb Mərkəzinin yaxınlığında saat təxminən 01:30-da oyun meydançasında rəngləmə işlərini həyata keçirirmiş. O, spirtli içkinin təsiri altında Mahatma Qandinin abidəsinin postamentinə benzin tökərək, heykəli yandırıb və qaçıb.
Kişi dindirilib və etirafedici ifadələr verib. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham irəli sürülüb.
İstintaq başa çatıb, cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilib.
Mahatma Qandinin heykəli Yerevanda 2020-ci ildə ucaldılıb. Həmin vaxt ermənilərdən bir çoxu heykəlin qoyulmasına etiraz edib. Buna səbəb olaraq Mahatma Qandinin Mustafa Kamal Atatürk başda olmaqla Türkiyənin o vaxtkı rəhbərliyi ilə münasibətlərinin yaxşı olması və ermənilərin saxta soyqırımı iddialarını qəbul etməməsi göstərilir.
Xəbəri paylaş