Xalq artisti Flora Kərimova şəxsi həyatından danışıb.
RegionTV.info xəbər verir ki, “Özəl” verilişinin qonağı olan sənətçi övladlarına çox yaxşı valideyn olduğunu və hər zaman onları qoruduğunu deyib.
Xalq artisti övladlarına çox həssaslıqla yanaşdığını da dilə gətirib:
“Mən insanların hərəkətlərinə, münasibətlərinə inanmıram. Hər insanda xamelyonluq, şəraitə uyğun hərəkət var. Onlara necə inanmaq olar? Mən dəlicəsinə valideynəm. Hərdən deyirəm ki, Allah eləməsin, mənim övladlarıma bir söz deyilsin. Parça-parça edərəm. Qollarımda gücüm çatmasa, dişimlə didərəm.
Amma sabah övladım kimdənsə qorxub məndən üz döndərərsə, ondan incimərəm. Çünki şərait yaratdı ki, mən övladımı tanıyım. Qurban olum Allaha. Məni yandırmadı. Allah məni şəxsi həyatımda, şəxsi qismətlərimdə cəzalandırır. Həmişə deyirəm ki, bir əli ilə verir, bir əli ilə alır. Ancaq qürurumu dik tutdu. Yaradanım taleyimlə oynadı. Özü yazdı, istədi pozdu, yenidən yazdı”.
Xəbəri paylaş