Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gülər Əhmədova Əflan İbrahimovu məhkəməyə verdi - Ağır ittihamlar

Sabiq deputat Gülər Əhmədova Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimovu məhkəməyə verib.

RegionTV.info  xəbər verir ki, bu barədə Əflan İbrahimovun özü məlumat verib. Partiya sədrinin sözlərinə görə, buna səbəb onun LAF TV-dəki çıxışıdır:

"Mən demişəm ki, Gülər Əhmədova Ramiz Mehdiyevin adamıdır, onun həyat yoldaşının əmr və göstərişlərini yerinə yetirir. Həmin çıxışdan sonra Gülər xanım məni məhkəməyə verib. Gülər xanımın özü də, oğlu da həbsdə olub. İndi Hafiz Hacıyevin partiyasında sədr müavinidir. Onun siyasi partiyada müavin olub xalq adından danışmağa da ixtiyarı yoxdur".

Əflan İbrahimov bildirib ki, işə avqustun 11-də Abşeron rayon Məhkəməsində baxılacaq.

Sabiq deputat Gülər Əhmədova da Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib:

"Xüsusi ittiham qaydasında onu məhkəməyə vermişəm. Səbəb LAF TV-dəki çıxışıdır". 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də