Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sevil və Sevinc analarını belə təbrik etdilər - FOTO

Əkiz müğənnilər - Sevil və Sevinc Səfərovalar sosial şəbəkədə yeni paylaşım ediblər.

RegionTV.info  xəbər verir ki, onlar şəxsi “Instagram” hesablarında analarını ad günü münasibətilə təbrik ediblər.

Anaları ilə birgə şəkillərini yayımlayan bacılar “Ana, bu gün sənin günündür. Ad günün mübarək. Bizi indiki halımıza gətirdiyin üçün təşəkkürlər. Sağlam ol və bütün xəyalların gerçəkləşsin. Biz səni çox sevirik” sözlərini də əlavə ediblər.

Sevil və Sevinc Səfərovaların bu paylaşımı çox bəyənilib. Onların sənətçi həmkarları da bu təbriklərə qoşulub. Bacıların bu paylaşımına qısa müddətdə minlərlə bəyənmə gəlib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də