
RegionTV.info xəbər verir ki, bu barədə "Sərhədləri keçərək" qeyri-hökumət təşkilatının rəhbəri Yelena Maleno özünün tvitterdəki hesabında bildirib.
Qayıq Daxla bölgəsində (Qərbi Saxara) sahildən ayrıldıqdan yarım saat sonra aşıb.
Məlumata görə, həlak olanlardan 30-u qadın, 8-i uşaq, 4-ü kişidir. Hadisə zamanı 10 nəfər sağ qalmağa müvəffəq olub.
Hüquq müdafiəçilərinin məlumatına görə, İspaniyaya gedən yolda cari ilin yalnız birinci altı ayı ərzində 2 087 miqrant həlak olub.