Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə eyni ərazidə 3 dəfə zəlzələ olub

Türkiyədə 3 zəlzələ qeydə alınıb.

RegionTV.info-nun məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, yeraltı təkanların hər üçü Muğla əyalətinin Datça rayonunda qeydə alınıb. Birinci zəlzələ yerli vaxtla saat 22:57-də 4,2 bal gücündə baş verib. Zəlzələ ocağı 31,9 kilometr dərinlikdə yerləşib.

Bu yeraltı təkandan sonra saat 23:42-də 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb. AFAD-ın yaydığı məlumata görə, zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib.

Ən güclü zəlzələ saat 04:39-da 4,9 bal gücündə baş verib. Zəlzələ ocağı 16,3 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də