Rusiyanın nüvə və termonüvə silahlarının inkişafına əməyi olan görkəmli fizik Yuri Trutnev 93 yaşında vəfat edib.
RegionTV.info xəbər verir ki, bununla bağlı "Rosatom" Dövlət Atom Enerjisi Korporasiyasının baş direktoru Aleksey Lixaçev başsağlığı verib.
O, Trutnevi Rusiyanın nüvə silah kompleksinin qüruru adlandırıb: “Yuri Trutnev işlədiyi illər ərzində ölkəmiz nüvə silahı istehsal edən ən fəal və ən məhsuldar istehsalçıya çevrildi. Onun əldə etdiyi uğurlar hələ də vətənimizin müdafiə qabiliyyətinin ən yüksək səviyyədə saxlanmasına kömək edir”.
Xəbəri paylaş