İsrailin Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatı Qəzza sektorunun şimal ərazilərinə zərbələr endirib.
RegionTV.info-nun məlumatına görə, bu barədə Fələstinin WAFA agentliyi bildirib.
Agentliyin məlumatına görə, Beyt-Laxiya şəhəri yaxınlığında fermer təsərrüfatı yerləri kimi istifadə edilən ərazilərə azı iki raket mərmisi düşüb, bu isə maddi ziyana gətirib çıxarıb. İnsan tələfatı və ya yaralıların olması barərə informasiya yoxdur.
Daha əvvəl İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri 16, 18 iyun, 2,3, 25 iyulda Qəzzaya zərbələr endirib. Zərbələr xüsusi halda, HƏMAS hərəkatının döyüş qanadının təlim düşərgələrinə endirilib.
Xəbəri paylaş