"Taliban" hərəkatının döyüşçüləri son beş il ərzində ilk dəfə Əfqanıstan əyalətlərindən birinin inzibati mərkəzini tutub. Qruplaşmanın silahlıları İranla sərhəddəki Nimruz əyalətinin paytaxtı Sarancı ələ keçiriblər.
RegionTV.info xəbər verir ki, bu barədə Nimruzun vitse-qubernatoru Ruhqul Xayirzad bildirib. O, qeyd edib ki, Saranc tamamilə "Taliban"ın nəzarəti altına keçib.
Deputat Əhməd Nurzadın sözlərinə görə, “talibançılar” şəhərdəki bütün inzibati binaları tutublar.
O, əlavə edib ki, Saranc “talibançılar”a döyüşsüz verilib. Şəhər təhlükəsizlik qüvvələrinin fəaliyyətsizliyinə görə düşmənin əlinə keçib.
Deputatın sözlərinə görə, “taliblər”in gəlişindən sonra yüzlərlə ailə İranın ərazisinə daxil olmaq üçün bu ölkə ilə sərhədə yollanıb.
"Taliban" bəyanatına əsasən, qruplaşma Nimruz əyalətinin bütün ərazisinə nəzarət edir.
“Radikal hərəkatın silahlıları sonuncu dəfə 2016-cı ildə Əfqanıstanda əyalətin paytaxtını tutmağa müvəffəq olub. Həmin vaxt Qunduz əyalətinin inzibati mərkəzi silahlıların əlinə keçib. Lakin bu, uzun sürməyib.
Xəbəri paylaş