Pakistanın koronavirusun “delta” ştamına yoluxmuş 106 yaşlı sakini sağalıb.
RegionTV.info xəbər verir ki, bu barədə “ARY News” telekanalı bildirib.
Telekanalın məlumatına görə, 106 yaşlı Hasin Bibi Karaçi şəhərinin xəstəxanalarından birində müalicə keçib və sağaldıqdan sonra koronavirus pasiyentləri üçün bölmədən evə buraxılıb.
Bildirilir ki, xəstəxananın heyəti və ailəsi bu münasibətlə tort kəsərək, uzunömürlü qadının sağalmasını bayram edib.
Koronavirusun B.1.617 variantı ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb, amma sonra üç onun yarımnövü qeydə alınıb.
Xəbəri paylaş