
RegionTV.info xəbər verir ki, bu barədə yerli icmalara istinadən “Agence France-Presse” (AFP) bildirib.
Məlumata görə, Şimali Kivu əyalətində, Beni ərazisində iki hücum edilib. Birinci hücumu silahlılar avqustun 5-də keçiriblər və Mbinqi kəndində 10 nəfəri öldürüblər. Növbəti gün onlar Mbinqidən 1 kilometr məsafədə yerləşən başqa kəndə hücum ediblər və daha beş sakini öldürüblər.
Terrorçulara qarşı mübarizə üçün əraziyə ordu hissələri göndərilib.