Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xızıda it 12 yaşlı uşağın yanağından dişləyib

Xızıda 12 yaşlı uşağı it dişləyib.

RegionTV.info-nun verdiyi məlumata görə, 2009-cu il təvəllüdlü Nüsrət Mövlan oğlu Mövsümov sol yanağın dişlənmiş-cırılmış yarası diaqnozu ilə Xızı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada yaxınlarının bildirdiyinə görə, onu it dişləyib.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də