Azərbaycanlı yanğınsöndürənlər Türkiyəni cənginə alan dəhşətli meşə yanğınları ilə mübarizədə fədakarlıqlarını davam etdirirlər.
RegionTV.info xəbər verir ki, Azərbaycan qardaş ölkədə meşə yanğınlarının lokallaşdırılmasına həm canlı qüvvə, həm də texnikası ilə dəstəkdir. Azərbaycan FHN-in qüvvələrinin köməkliyi ilə ötən gün Türkiyənin Kəmərköy və Yeniköy İstilik Elektrik Stansiyaları yaxınlığına qədər gəlib çatan yanğının qarşısı alınıb.
Qeyd edək ki, indiyə qədər Azərbaycandan Türkiyəyə 3 yardım briqadası gedib. Ümumilikdə 510 yanğınsöndürən, amfibiya təyyarəsi, helikopter və xeyli sayda yanğınsöndürmə texnikası göndərilib. Qonşu ölkədə ümumilikdə 200 yanğın ocağından 196-sı nəzarət altındadır. 5 vilayətdə isə söndürülmə əməliyyatları davam edir.
Yanğınsöndürənlərimizin fəaliyyətini əks etdirən videogörüntüləri təqdim edir:
Xəbəri paylaş