Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həkimdən xəbərdarlıq: “Yoluxma sayı iki həftə sonra zirvədə olacaq” - VİDEO

Azərbaycanda yoluxma sayında 2 həftə sonra zirvə yaşana bilər.

RegionTV.info  xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. O bildirib ki, son dalğada yoluxma sayındakı artış üç həftədən bir az artıq davam edir:

“İndiki tendensiya əvvəlki kimi deyil, peyvənd olunanların sayı daha çoxdur. Peyvəndlə əlaqədar siyasət nisbətən sərtləşdirilir. Bunun yoluxma statistikasına ciddi təsiri olacağını və zirvəni, bəlkə, yaxın vaxtlarda görə biləcəyimizi söyləmək olar. Bunu tam əminliklə deməyimiz üçün yoluxanların neçə faizində “Delta ştammı” olmasını bilmək yaxşı olardı. Ümumilikdə isə ölkədə yoluxma sayında dəhşətli zirvə gözlənilmir. Böyük ehtimalla, səhiyyə sitemi onun öhdəsindən gələcək”.

Vasif İsmayıl onu da qeyd edib ki, açıq havada maska taxılması ilə bağlı qadağa yenidən qayıda bilər:

“Müəyyən iş yerləri, yəni böyük ticarət mərkəzləri, "mall"lar yenidən bağlana bilər, toy məclislərinin keçirilməsi qadağan oluna bilər. Epidemioloji vəziyyət hazırda düşündüyümüz kimi davam etsə, maksimum açıq havada maska taxmaqla bağlı qadağa yenidən gətirilə bilər. Hesab edirəm ki, çimərlik mövsümü bitdiyi üçün ciddi problem olmayacaq. Toy mövsümü isə məhərrəmliklə əlaqədar 50 günlük bitəcək. Toylar başlayana qədər isə biz IV dalğanı bitirməyə çalışmalıyıq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də