Bakıda Sabunçu rayonunda ailə münaqişəsi zamanı bədbəxt hadisə baş verib.
RegionTV.info xəbər verir ki, ər və arvad mübahisə edib. Həyat yoldaşına əsəbləşən qadın onun maşınına benzin tökərək yandırıb.
Bu zaman benzin oğlanın atasının üzərinə düşüb və o, yanıq xəsarəti alıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İlkin məlumata görə, hadisədə qəsd yoxdur”.
Xəbəri paylaş