Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlham Əliyev və Ərdoğan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 6-da telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məlumat verib.

RegionTV.info-nun  xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Azərbaycan Ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib.

Dövlət başçıları söhbət əsnasında postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də