Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcər istiqamətində gərginlik - Müdafiə Nazirliyi məlumat yaydı

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
 

RegionTV.info  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat bildirilib.
 
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
 
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
 
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də