Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəkinin karateist deputatı - Diplomu da saxtadır

Xaçmazın deputatı Eldəniz Səlimovun ətrafında baş verən hadisələrdən sonra xüsusilə nisbətən gənc millət vəkillərinin bioqrafiyası, təhsili və deputatlığa qədərki karyerası cəmiyyətdə daha çox maraq doğurmağa başlayıb.

Xatırladaq ki, Eldəniz Səlimovla bağlı qalmaqaldan sonra onun bioqrafiyasına nəzər salındıqda məlum olmuşdu ki, bu deputatın ali təhsilli olduğu Dağıstan Dövlət Universitetindən aldığı diplom əsasında təyin edilib. O ali təhsil müəssisəsi ki, onun diplomlarını Azərbaycan tanımır və uzun illər Dağıstandakı “ali məktəblər” bir çox həmvətənimizin pul verib diplom aldığı təhsil müəssisələri kimi tanınıb.

Bu mövzuyla əlaqədar Eldəniz Səlimovun bioqrafiyası və təhsililə bağlı “AzPolitika.info”-da ötən gün dərc olunan məqaləyə oxuculardan birinin yazdığı şərh xüsusi olaraq, diqqət cəlb etdi. Həmin şərhdə deyilirdi: “Siz bir maraqlanin, görək, Şəkinin deputatı Vuqar İskəndərov Gürcüstan diplomu ilə və əsgərliyə getmədiyi halda necə deputat seçilib? Bütün Şəki bunu bilir, yalnız lazımi şəxslərdən başqa...”

RegionTV.info  xəbər verir ki, "Azpolitika.info" həmin bu şərhdən “yola çıxaraq”, 113 saylı dairədən deputat olan Vüqar İskəndərovun internetdəki açıq mənbələrdə yer alan bioqrafiyası ilə maraqlanıb.

Məlum oldu ki, doğrudan da 1972-ci il təvəllüdlü V. İskəndərovun tərcümeyi-halında onun 1996-cı ildə, yəni 24 yaşında Gürcüstan Respublikası Laqodexi Elmi Tədris İnstitutunun Hüquq Fakültəsinə daxil olduğu və qiyabi təhsillə 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirdiyi göstərilib. Düzdür, tərcümeyi-halda təhsilin qiyabi olduğu göstərilməyib. Amma təhsil illərində onun Şəkidə müxtəlif vəzifələrdə işləməsi bundan xəbər verir. Tərcümeyi-halında Vüqar İskəndərovun 2012-ci ildə, yəni 40 yaşında Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olduğu və 2014-cü ildə (cəmi iki ilə...) həmin universiteti iqtisadçı ixtisası üzrə bitirdiyi də qeyd olunur. Bu, deputatımızın ikinci ali təhsilidir. İkinci ilə işimiz yoxdur, amma birinci təhsilin saxta olduğuna çox böyük şübhə var.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də