Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mebel almaq istədi, aldadıldı - Bakı sakininin pulu mənimsənilib - VİDEO

İnternet üzərindən onlayn mebel sifariş edən Bakı sakini aldadılıb. 
 

RegionTV.info-nun məlumatına görə, paytaxt sakini İlhamə İsmayılova iddia edir ki, instaqram səhifəsindən mebel sifariş edib və aldadılıb.
 
O deyir ki "Förniçə doors" səhifəsindən mətəbxt mebeli almaq istəyib, amma sifarişi qəbul  edən şəxs vədinə əməl etməyib. İlhamə İsmayılova iddia edir ki, özünü Cavidan kimi təqdim edən şəxslə görüşdükdən sonra müəyyən məbləğ qarşılığında razılığa gəliblər.
 
İlhamə İsmayılova iddia edir ki, sifariş etdiyi mebel ona iyul ayının 20-də təhvil verilməli idi. Lakin sonradan sifarişi gecikdirən şəxs aldığı məbləği geri qaytaracağını deyib.  Cavidan adlı şəxs bu dəfə də verdiyi sözə əməl etməyib. İlhamə İsmayılova hətta vatsap vasitəsilə ona pulun geri qaytarılması üçün kartın şəklini də göndərib.
 
Sifarişi qəbul edən şəxslə biz də əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
 
İlhamə İsmayılova iddia edir ki, həmin şəxs bir neçə nəfəri bu yolla aldadıb. O, məsələ ilə bağlı artıq Nərimanov rayonu 23-cü polis bölməsinə şikayət edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də